Ru
19:37 / 09 Oktyabr 2021

Saxta içkidən zəhərlənməyə görə 5 nəfər həbs edildi

Saxta içkidən zəhərlənməyə görə 5 nəfər həbs edildi
Eye

Orenburq vilayət məhkəməsi saxta içkilərdən zəhərlənmə faktı ilə bağlı 5 nəfər barəsində həbs qətimkan qərarı çıxarıb, daha 4 nəfər isə şübhəli qismində saxlanılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb.

İş üzrə materiallar Orsk şəhəri Sovetskiy Rayon Məhkəməsi, Dombarovskiy Rayon Məhkəməsi və Yasnenskiy Rayon Məhkəməsi tərəfindən araşdırılıb.

Son məlumatlara görə, zəhərlənmə qurbanlarının sayı 29 nəfərə çatıb.

Daxili İşlər Nazirliyi sakinlərin ölüm səbəblərini müəyyən etmək üçün bir sıra müayinələr keçirib. Ümumilikdə iki minə yaxın obyektin ekspertizası aparılıb. Bəzi şüşələrdə metanolun artıq olduğu müəyyən edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar