Ru
17:18 / 03 Noyabr 2022

Saziş o demək deyil ki, ruslar hər addımı ata bilər - Sərkisyanın səfərinə sərt reaksiya

Saziş o demək deyil ki, ruslar hər addımı ata bilər - Sərkisyanın səfərinə sərt reaksiya
Eye

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın Qarabağa gəlməsi ilə bağlı məlumat yayılıb. Onun Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərə necə və hansı məqsədlə gəldiyi bilinmir.
 



Məsələ ilə bağlı Bakupost.az -a danışan millət vəkili Razi Nurullayev bildirib ki, bu, Azərbaycanı qıcıqlandıran bir addımdır:
 

“Təəssüflər olsun ki, Ermənistandan olan siyasətçilər əlini-qolunu sallaya-sallaya Xankəndinə, Qarabağa gəlir. Yəni Azərbaycanın ərazi bütövlüyünü heçə sayaraq, ərazimizə səyahət edirlər. Təbii ki, onlar deyəcək ki, bu, üçtərəfli sazişdə öz əksini tapıb. Üçtərəfli sazışdə həm də azərbaycanlıların Naxçıvana getməsi nəzərdə tutulub.
 

Onlar Naxçıvana Ermənistan əhalisinin istifadə etdiyi Laçın dəhlizinə bərabər dəhliz vermirlər. Özləri isə sülhməramlılarn nəzarət etdiyi ərazilərimizə sərbəst gəlib-gedirlər. Amma zaman gələcək, rus sülhməramlılarının 5 illik missiyası başa çatacaq və Qarabağa gediş-gəlişə özümüz nəzarət edəcəyik. O zaman Qarabağa qanunsuz səfər edənlərin qarşısını alacağıq. Əminəm ki, sülhməramlıların statusunu uzatmayacağıq. Çünki bu şərtlərlə mümkün deyil. Sərkisyanın Xankəndinə gəlməsi Azərbaycanı qıcıqlandıran bir addımdır. Rusların da onu buraxması Azərbaycanda qıcıq doğurmaq üçün edilən hərəkətdir. Bu məsələlərlə bağlı Xarici İşlər Nazirliyi əminəm ki, öz sərt mövqeyini Rusiyaya bildirib, Sərkisyan və onun kimi cinayətkarların Xankəndinə gəlməsinin qarşısını alacaq. Çünki onların Xankəndinə gəlməsi ayaqlarının altına daş qoymaq deməkdir. Onları sülhdən uzaqlaşdırmaq, qızışdırmaq, Azərbaycana qarşı qoymaqdır. Bu da nə Rusiyanın dediyi siyasətə uyğun gəlir, nə də sülh prosesinə. Bunun üçün də sülh prosesinə mane olan, onu tənqid edən, Azərbaycanı düşmən gözündə görən siyasətçilərin Xankəndinə gəlməsinə birmənalı olaraq qadağa qoyulmalıdır.
 

Fikrimcə siyahı hazırlanmalı, həmin siyahı ictimailəşdirilməli və Rusiya tərəfinə təqdim olunmalıdır ki, bu insanların Qarabağa gəlməsi bizim üçün qəbuledilməzdir. Rusiya da bunu aydın şəkildə bilsin. Onlar bu qanunu pozandan sonra biz də öz addımımızı ata bilərik. Üçtərəfli saziş o demək deyil ki, ruslar istədiyi addımı atmalıdır. Bu, mümkün olmamalıdır”.
 

Günel
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar