Türkiyəli iş adamı, nüfuzlu mafiya babası Sedat Peker sosial şəbəkədəki hesabında Azərbaycanda baş verən etiraz aksiyalarına münasibət bildirib.
BakuPost xəbər verir ki, Peker son olayların düşmən qüvvələr tərəfindən təşkil olunduğuna işarə edərək, hər kəsi ayıq olmağa səsləyib. Bildirib ki, lazım olsa, bütün dünyadakı türklər birləşib Azərbaycan dövlətini və İlham Əliyevi qoruyacaq.
Sedat Pekerin sözügedən açıqlamanı təqdim edirik:
“İmperyalizmin asılılığına qarşı mübarizə aparan şanlı ölkəmizə dəstək verən qardaş Azərbaycanın küçələrinin qarışdırılmasını sizlərdən gözləmirik.
Sözü uzatmadan söyləmək lazımdır ki, bu hadisələr də Azərbaycan dövlətinin "Gezi olayları"dır. Yaxşı niyyətlə haqqını tələb etmək üçün yola çıxanlar bəhanə edilib bütün Azərbaycanı xaosa sürükləməyə çalışmaqdır. Azərbayanda bir neçə ay əvvəl qazilərimizə qarşı edilən xoş olmayan davranış səhv idi. Ancaq o səhvin məsuliyyəti ilə yola çıxıb ölkəni xaosa sürükləməyə çalışmaq, heç kimin xətrinə dəyməsin, məncə xainliyə bərabərdir. Haqqını tələb etmək üçün yola çıxdığını söyləyən saf qardaşlarımız, bu yalana inanmağa davam etsəniz, haqq tələb edəcəyiniz bir ölkənizin belə qalmayacağı, imperialistlərin oyuncağı olacağınızı görürsünüzmü?
Azərbaycanda yaşayan bütün qardaşlarıma səslənmək istəyirəm. Bütün hər kəs Azərbaycanda tərtib olunan bu oyunun parçası olmağı qəbul etsə də, tarixdə Difai təşkilatını qurub, vətənin müdafiəsinə qalxan Gəncə milliyyətçiləri ilə birlikdə bütün dünyadakı türk milliyyətçiləri, həm Azərbaycan dövlətini, həm də onun imaməsi sayılan İlham Əliyevi ölümləri bahasına qoruyacaqlar. Azərbaycanlı milliyyətçi qardaşlarımız bunu unutmasınlar ki, təsbeh imaməsi itəndə dağılır”.
Ciddi ciddi tehdid edib siz de utanmadan burada tirajlayirsiz. 50 milyonluq xalqi tesbehe, ilhami da imamesine oxsatmaq ))) pisiyin qoyrugu gorundu..bizim "milli fedai"lere zeheri verenler ele ordakilardi. xalqi qana çekirler.
Bir türk mafiası qalmışdı bizim işimizə qarışmayan)) Buna nə düşüb ? İlhama yallaqlıq edib cibiştanını doldurmaq istəyir deyəsən. bu da sizə türk qardaşı)) əzilənin, ayaq altda qalanın yox despotun, zalımın yanındadırlar