Ru
14:00 / 24 Avqust 2025

"Sədərək"dəki yanğının yayılmasının qarşısı alındı, əraziyə 3 təcili yardım maşını cəlb olundu - RƏSMİ

"Sədərək"dəki yanğının yayılmasının qarşısı alındı, əraziyə 3 təcili yardım maşını cəlb olundu - RƏSMİ
Eye

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.

Bakupost.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

TƏBİB-dən verilən məlumata görə isə, bu gün saat 11 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) Qaradağ rayonu, "Sədərək" ticarət mərkəzi ərazisində yanğın hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub.

Çağırış əsasında ilkin olaraq üç təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

Qeyd edək ki, anbarda baş vermiş yanğın "Sədərək" ticarət mərkəzindən 150 metr aralıda yerləşir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar