Ru
09:27 / 23 Fevral 2026

Səhər saatlarında Bakıda obyektdə PARTLAYIŞ - VİDEO

Səhər saatlarında Bakıda obyektdə PARTLAYIŞ - VİDEO
Eye

Bakı şəhəri, Nizami rayonunda yanğın hadisəsi baş verib.

Bakupost.az oxu.az-a istinadən xəbər verir ki, yanğın Elşən Süleymanov küçəsi, 137a ünvanında fəaliyyət göstərən gül satışı mağzasında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən mağazada partlayışla müşahidə edilən yanğın hadisəsinin baş verməsi barədə ilkin məlumat daxil olub.

Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar