Ru
10:21 / 23 Fevral 2026

Bakıda məşhur klinika 20 min manat cərimələndi - SƏBƏB

Bakıda məşhur klinika 20 min manat cərimələndi - SƏBƏB
Eye

“İstanbul NS” klinikası əmək müqaviləsi olmadan həkim çalışdırdığına görə cərimələnib.

Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, aparılan araşdırma zamanı klinikada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin işə cəlb edildiyi müəyyən olunub.

Bu səbəbdən klinika İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozmaqda təqsirli bilinib. Həmin maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsini qadağan edir.

Qərara əsasən, “İstanbul NS” klinikası 20 min manat məbləğində cərimə olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar