Ru
12:14 / 23 Fevral 2026

Rusiyanın kritik neft stansiyasına hücum – Güclü yanğın baş verdi – VİDEO

Rusiyanın kritik neft stansiyasına hücum – Güclü yanğın baş verdi – VİDEO
Eye

Ukrayna ordusu Rusiyanın Almetevsk şəhəri (Tatarıstan) yaxınlığında yerləşən “Kaleykino” neftötürücü nasos stansiyasına (NPS) pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib. Hadisə nəticəsində obyektdə güclü yanğın baş verib.

Bakupost.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Yerli sakinlər güclü partlayış səsləri və böyük alov gördüklərini bildiriblər. Bir neçə mənbə yayığı videolar və fotolar obyektdəki yanğının böyüklüyünü göz önünə sərib.

Hakimiyyət orqanları hadisə ilə bağlı ilkin açıqlamada bildirilir ki, PUA qalıqlarının yerə düşməsi nəticəsində ərazidə yanğın baş verib.

“Kaleykino” NPS Rusiyanın energetika infrastrukturunda mühüm rol oynayan obyekt hesab olunur. Eksport marşrutu “Druzhba” kəmərinin əsas hissəsi olan stansiya Transneft-Prikamye şirkətinin regional strukturunda neftin əsas boru xəttindəki təzyiqi təmin edən kritik obyekt sayılır. NPS həm daxili tələbatı, həm də ixrac marşrutlarını təmin etdiyi üçün Volqoqrad, Qərbi Sibirdən gələn neftin ötürülməsində kritik əhəmiyyətə malikdir.



Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar