Ru
12:32 / 23 Fevral 2026

Rəsmi qurumun həyətində Dövlət bayraqlarımız YERƏ ATILDI

Rəsmi qurumun həyətində Dövlət bayraqlarımız YERƏ ATILDI
Eye

Xaçmaz şəhərində Azərbaycanın Dövlət bayrağına hörmətsizlik olunub.

Bakupost.az Bizim.Media-ya istinadən xəbər verir ki, bayraq dayaqlarla birlikdə yerə atılıb.

Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Xaçmaz rayon şöbəsinin yerləşdiyi həyətin sol tərəfində qalaqlanmış dayaqlar ilk baxışda diqqət çəkib və mənzərə təssüf doğurub.

Dayaqların yuxarı hissəsinə bərkidilmiş Azərbaycan bayraqları ilə birlikdə yerə atıldığı müşahidə olunub. Dəmir dayaqların altında və kənar hissələrində bir neçə Dövlət bayrağı görünüb.

Qeyd edək ki, bayraqların dayaqlarla birlikdə yerə atıldığı ərazidə AQTA-nın Xaçmaz rayon şöbəsinin binası yerləşir. Hansı ki, bu küçə Vətən müharibəsi şəhidi Rauf Babayevin adını daşıyır. Küçənin girişində şəhidin plakatı da quraşdırılıb.


Məsələ ilə bağlı AQTA ilə əlaqə yaratdıq. Agentlikdən Bizim.Media-ya bildirilib ki, sözügedən ərazi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Xaçmaz rayon şöbəsinə deyil, Xaçmaz Mənzil- Kommunal Təsərrüfatı İdarəsinin balansına məxsusdur.


Azərbaycan Respublikasının Dövlət bayrağı ölkənin suverenliyinin, müstəqilliyinin və şəhidlərimizin qanı bahasına qorunan dövlətçiliyinin rəmzidir.

Belə bir rəmzin yerə atılması, baxımsız, hörmətsiz və sıradan bir əşya kimi digər materiallarla birlikdə qalaqlanaraq yerə atılması təssüf doğurub.

Ümid edirik ki, məsul şəxslər vəziyyətə dərhal müdaxilə edərək Dövlət rəmzlərimizin qorunması və düzgün şəkildə saxlanılmasına riayət edəcəklər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar