Ru
12:41 / 23 Fevral 2026

Diplomatiya üçün son şans – Təyyarədaşıyan həftəsonu körfəzə çatacaq

Diplomatiya üçün son şans – Təyyarədaşıyan həftəsonu körfəzə çatacaq
Eye

ABŞ Prezidenti Donald Tramp İranla nüvə danışıqları nəticəsiz qalsa, əvvəlcə məhdud hədəfli zərbə, daha sonra isə daha genişmiqyaslı hərbi əməliyyat variantını nəzərdən keçirdiyini bildirib.

Bakupost.az xəbər verir ki, Ağ Ev administrasiyasındakı mənbələri “The New York Times”a Tehran razılaşmasa Vaşinqtonun planlarında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), nüvə obyektləri və ballistik raket proqramına qarşı zərbələr də yer aldığını bildirib.

Rusiya və regional təhlükəsizlik mütəxəssisləri də bu həftələr ərzində ABŞ ın İranla bağlı diplomatiya üçün təzyiq və hərbi hazırlığı paralel olaraq sürdüyünü vurğulayır.

Bu hərbi təzyiqin fonunda dəniz və hava qüvvələrinin yerləşdirilməsi də sürətlənib. ABŞ ın ən böyük təyyarədaşıyan gəmisi “USS Gerald R. Ford” (CVN 78) və ona dəstək verən zirehli gəmilər artıq Aralıq dənizindədir və Yaxın Şərqə doğru hərəkət edir.

Bu gəmi və onun müşayiətçiləri artıq Cəbəllütariq boğazını keçərək Aralıq dənizinə daxil olub və burada donanma əməliyyatlarına qatılıb.

Ən son məlumatlara görə, “USS Gerald R. Ford”un həftəsonu – 28 fevral - 1 mart tarixlərində Fars Körfəzinə çatması gözlənilir. Bu, gəminin Aralıq dənizindən Orta Şərqə doğru davam edən hərəkət trayektoriyasına və məsafə, hava dəniz şəraiti kimi logistika faktorlarına əsaslanaraq beynəlxalq təhlilçilər tərəfindən verilən təxmini tarixdir.

“USS Gerald R. Ford”un Fars Körfəzinə daxil olması ilə orada artıq fəaliyyət göstərən ikinci təyyarədaşıyan gəmi – “USS Abraham Lincoln” ilə birlikdə ABŞ ın donanma qüvvələrinin Mosul boğazı və İran yaxınlığında daha da gücləndirilməsi nəzərdə tutulur.

ABŞ rəhbərliyi bu həftə keçirilməsi gözlənilən danışıqların diplomatiya üçün son ümid olduğunu deyir. Danışıqlar nəticəsiz qalacağı təqdirdə hərbi variantlara baş vurulacağı bildirilir. İran tərəfi isə razılaşma əldə edilməzsə, öz suverenliyini qorumaq üçün cavab verəcəyini bəyan edib.

Regionda gərginlik həm SEPAH-ın arsenalını genişləndirməsi, həm də İran Rusiya birgə dəniz məşqləri kimi məsələlərlə daha da artıb.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar