Sosial şəbəkələrdə gecə saatlarında bir qrup içkili gəncin əyləncə videosu yayılıb.
Bakupost.az xəbər verir ki, görüntülər izləyicilər tərəfindən birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub.
Kadrlarda arxa planda qızlardan birinin “çəkmə, paylaşacaqlar” deməsi də diqqətdən yayınmayıb.
Görüntülərlə bağlı müxtəlif fikirlər səsləndirilib.
Şərhlərdə bir çox istifadəçilər həmin şəxslərin rayondan gəlib Bakıda təhsil alan tələbələr ola biləcəyini iddia ediblər və bu cür halları gənclərin “sərbəstlik” qazanması ilə əlaqələndiriblər.
Digərləri isə bunun rayon-şəhər məsələsi olmadığını deyərək, belə davranışların insanın ailədə aldığı tərbiyədən qaynaqlandığını yazıblar.
Lalə, BakuPost