Tanınmış oftalmoloq, “Universal” hospitalın rəhbəri və baş həkimi Aytən Sultanovanın səhhəti kəskin pisləşib.
Bakupost.az xəbər verir ki, həkim əvvəlcə rəhbərlik etdiyi “Universal” hospitalın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu açıqlanmışdı. Sonradan isə A.Sultanova Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə köçürülüb.
Məlumatlara görə, Aytən Sultanova bir müddət əvvəl mədəkiçiltmə əməliyyatı etdirib. Əməliyyatdan sonra o, güclü ağrıkəsicilər qəbul edib, eyni zamanda arıqlama preparatlarından istifadə edib. Həkimin səhhətindəki kritik pisləşmənin də məhz bu amillərlə bağlı olduğu bildirilir.
Hazırda onun komada olduğu və vəziyyətinin kritik qiymətləndirildiyi vurğulanır.
Qeyd edək ki, Aytən Sultanova daha əvvəl “Caspian”, “Badam” və “Məlhəm” klinikalarında da rəhbər vəzifələrdə çalışıb.
Xatırladaq ki, həkimin səhhətinin pisləşməsi xəbərini bu gün səhər saatlarında "Qafqazinfo" saytı yaymışdı.