Ru
16:06 / 06 İyun 2025

Şəhid qardaşı avtomobil qəzasında həlak oldu

Şəhid qardaşı avtomobil qəzasında həlak oldu
Eye

İyunun 5-i gecə saat 3 radələrində Qazaxda baş verən ağır yol-nəqliyyat hadisəsində dörd nəfər həlak olub.

Bakupost.az "Unikal"a istinadən xəbər verir ki, qəzada həyatını itirənlərdən biri - 2004-cü il təvəllüdlü Göyüş Fəxrəddin oğlu Nəbiyev şəhid Pərvin İsgəndərovun qardaşıdır.

Qeyd edək ki, P.İsgəndərov 2020-ci ilin Vətən müharibəsində oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub.

Ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar