Şəmkir rayonunda dərədən meyit tapılıb.
Bakupost.az xəbər verir ki, hadisə Zəyəm Cırdaxan kəndində baş verib.
Kənd sakini 1970-ci il təvəllüdlü Arif Nəbiyevin meyiti yaşadığı evin yaxınlığındakı dərədə aşkar edilib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.