Ru
23:45 / 25 Noyabr 2020

“Senatın qərarı böyük müharibələrə yol açacaq” - Fuad Muradov

“Senatın qərarı böyük müharibələrə yol açacaq” -   Fuad Muradov
Eye

“Fransanın mənəvi dəyərlərə və beynəlxalq hüquqa əks olan son münasibətlərində ATƏT-in Minsk qrupunun həmsədri olaraq tərəfsiz vasitəçilik mandatına ziddiyyət görünür”.

"BakuPost" xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov "Facebook" hesabında yazıb.

"Senatın qəbul etdiyi qərar dünyada separatçılığa və böyük müharibələrə yol açacaq. Bu qərəzlidir və yolverilməzdir", - komitə sədri qeyd edib.

Qeyd edək ki, bu gün Fransa Senatında “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamə qəbul edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar