Ru
18:19 / 28 Fevral 2026

SEPAH generalı ABŞ-ni hədələdi: "Heç vaxt istifadə olunmayan ən güclü raketləri..."

SEPAH generalı ABŞ-ni hədələdi: "Heç vaxt istifadə olunmayan ən güclü raketləri..."
Eye

"ABŞ bilməlidir ki, İran sonrakı hücumlarda daha güclü raketlərdən istifadə edəcək".

Bakupost.az xəbər verir ki, bu barədə yerli mediaya SEPAH generalı Sərdar Cabbari məlumat verib.


"Müharibənin əvvəlində əlimizdə olan silahlardan istifadə edəcəyik, amma gələcəkdə heç vaxt istifadə olunmayan ən güclü raketləri işə salacağıq", - deyə Cabbari bildirib.

Xatırladaq ki, İsrail müdafiə naziri İsrael Kats əvvəlcə İsrail Müdafiə Qüvvələrinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. "Aslanın nərəsi" adlandırılan əməliyyat hər iki ölkə tərəfindən gizli saxlanılıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səsləndirilib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar