İsrail İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin bu gün hava zərbəsi nəticəsində böyük ehtimalla həlak olduğunu təxmin edir.
Bakupost.az İsrailin “Kanal 12” telekanalına istinadən xəbər verir ki, mənbələr bununla bağlı “ehtimalın artdığını” deyir, lakin məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Telekanal bir neçə dəqiqə əvvəl yayımladığı məlumatda İsrail tərəfinin ilkin qiymətləndirməsinə əsasən, Xameneinin ən azı yaralandığını bildirib. Qeyd olunub ki, bu nəticə onun iqamətgahının peyk görüntülərində dağıdılması faktına deyil, adı açıqlanmayan mənbələrdən əldə edilən məlumatlara əsaslanır.
“Kanal 12” həmçinin bildirir ki, bugünkü zərbələr İranın rəhbərliyi və hərbi komandirlərinə çox ciddi zərər vurub.
***
17:52
İranın ali dini lideri Ayətullah Əli Xameneinin İsrailin zərbələri nəticəsində öldürüldüyü iddia olunur.
Bakupost.az xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.