Ru
17:23 / 28 Fevral 2026

Türkiyə İrana hərbi dəstək verir?

Türkiyə İrana hərbi dəstək verir?
Eye

Türkiyənin hava, quru və dəniz sahələrinin hərbi əməliyyatlarda istifadəsinə icazə verilməyəcək.

Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

“Bəzi sosial media platformalarında Türkiyənin İrana qarşı son hücumlara dəstək verdiyi ilə bağlı yayılan iddialar tamamilə əsassızdır və bu məlumatlar çaşdırmağa yönəlmiş dezinformasiya xarakteri daşıyır. Türkiyə Respublikası tərəfi olmadığı hər hansı münaqişə və ya müharibədə tərəflərdən hər hansı birinin xeyrinə, o cümlədən hava məkanı da daxil olmaqla, hava, quru və dəniz qüvvələrinin heç birini əməliyyat məqsədilə istifadəyə vermir. Bu məsələ ölkəmizin əsas xarici siyasət və təhlükəsizlik prinsipləri sırasında yer alır”, - açıqlamada bildirilib.

Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar