Ru
17:16 / 28 Fevral 2026

İran ABŞ-nin Bəhreyndəki hərbi-dəniz bazasına zərbələr endirdi - VİDEO

İran ABŞ-nin Bəhreyndəki hərbi-dəniz bazasına zərbələr endirdi - VİDEO
Eye

İranın atdığı raketlər ABŞ-nin 5-ci Əməliyyat Donanmasının qərargahının yerləşdiyi Bəhreyndəki hərbi-dəniz bazasına düşüb.


Bakupost.Az xəbər verir ki, bu barədə Bəhreynin dövlət informasiya agentliyi (BNA) xəbər yayıb.


Dəyən zərərin miqyası barədə ABŞ tərəfindən hələlik məlumat yoxdur.


"Associated Press" agentliyinin məlumatına görə, həftənin əvvəlində bütün ABŞ gəmiləri Bəhreyndəki bazanı tərk edib. Xüsusilə, oradan altı mühafizə gəmisi dənizə çıxıb.

Xatırladaq ki, İsrail müdafiə naziri İsrael Kats əvvəlcə İsrail Müdafiə Qüvvələrinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. "Aslanın nərəsi" adlandırılan əməliyyat hər iki ölkə tərəfindən gizli saxlanılıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səsləndirilib və hava hücumundan müdafiə sistemləri işə salınıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar