Ru
12:21 / 09 Sentyabr 2019

Sevgilisini öldürüb, intihar etmək istədi - Onu hansı cəza gözləyir?

4229

Bakıda qadını öldürüb intihara cəhd edən Fərhad Abışovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

BakuPost-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı sentyabrın 16-a təyin edilib.


Qeyd edək ki, hadisə bu il iyun ayında Səbail rayonunda qeydə alınıb. 1982-ci il təvəllüdlü, Ağsu rayonunda qeydiyyatda olan Abışov Fərhad Cəlal oğlu qısqanclıq zəmində qeyri-rəsmi münasibətdə olduğu 1981-ci il təvəllüdlü Mikayılova Kəmalə Hümmət qızı bıçaqlanıb. Qadın qanaxmadan ölüb.


F. Abışov daha sonra Səbail rayonunda qaldırıcı kranın üzərinə çıxaraq intihara cəhd edib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Onunla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər