Dünyanın müxtəlif bölgələrini gəzən məşhur səyyah və bloger 60 ölkəni ziyarət etdikdən sonra yaşamaq və səyahət etmək üçün ən ucuz ölkənin adını açıqlayıb.
Bakupost.az Bizim.Media-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, siyahının birinci pilləsində Cənub-Şərqi Asiyada yerləşən Vyetnam qərarlaşıb.
Bloger bildirib ki, Vyetnamda həm gündəlik xərclər, həm də səyahət üçün tələb olunan büdcə digər ölkələrlə müqayisədə daha aşağıdır.