Ru
15:11 / 11 Oktyabr 2021

Şeyx erməni katolikosla görüşəcək - Dini liderlərdən önəmli addımlar gözlənilir

Şeyx erməni katolikosla görüşəcək - Dini liderlərdən önəmli addımlar gözlənilir
Eye

Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü olacaq. Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin iştirak edəcək.

Dini liderlərin üçtərəfli görüşü regiona nə vəd edir? Hansı məsələlər müzakirə oluna bilər?

Politoloq Məhəmməd Əsədullazadə Bakupost.az -a bildirib ki, bu görüş humanitar missiya daşıyır və regionda sülhün və təhlükəsizliyin təmininə həsr olunub:

“Regionda ümumi dini problemlərin həlli istiqamətində Moskova ilə birlikdə məsləhətlər aparılacaq.

Belə üçtərəfli görüş ilk dəfə deyil, müxtəlif illərdə belə görüşlər baş tutub. Amma təəssüf ki, Ermənistanın qeyri-konstuktiv siyasəti nəticəsində bu kimi görüşlərdə olan problemlər müsbət həll olunmayıb.

Vətən müharibəsindən sonra, Rusiya Patriarxı tərəfindən bir vasitəçi olaraq Azərbaycan-Ermənistan dini liderlərinin görüşü, əlbəttə ki, xalqların sülhə hazırlanması və humanitar əlaqələrin formalaşdırılması, həmçinin Ermənistanın revanşist əhval-ruhiyyəsinin artıq tarixdə qaldığı kimi məsələlərin görüşlərdə qaldırılacağı mümkündür”.

Politoloq vurğulayıb ki, dini liderlərdən çox şeylər asılıdır:

“Xüsusilə, Ermənistan cəmiyyətinə dini liderlərin, kilsənin təsiri böyükdür. Düşünürəm ki, Ermənistan dini lideri belə bir görüşlərdə öhdəlik götürməlidir və xalqını Azərbaycana qarşı revanşist siyasətdən çəkindirməli, regionda ümumi sülhün təmini istiqamətində proseslərə təkan verməlidir”.

Fəridə Söhrabqızı
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar