Ru
15:15 / 26 Fevral 2026

13 yaşlı qız atası ilə hərbi paradda – Şimali Koreya lideri varis planlarını gücləndirdi

13 yaşlı qız atası ilə hərbi paradda – Şimali Koreya lideri varis planlarını gücləndirdi
Eye

Şimali Koreya lideri Kim Çen Inın qızı Kim Çju E Pxenyanda keçirilən hərbi paradda iştirak edib.

Bakupost.az Yeni Sabah-a istinadən xəbər verir ki, bu görüntülər gənc qızın potensial varis kimi yetişdirildiyi barədə fərziyyələri gücləndirib.

Kim Çju E atasının yanında və yüksək rütbəli hərbi komandanlarla birlikdə paradı izləyib. Ata və qızın əynində qara rəngli dəri trençkot olub.

Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin (NİS) məlumatına görə, Kim Çju E artıq siyasət mövzularında fikir bildirir. Mənbə onun gələcəkdə ölkə liderliyi üçün hazırlandığını iddia edib.

Şimali Koreya lideri ilk dəfə 2022-ci ildə atasını raket atışı zamanı müşayiət edib və son 3 ildə müxtəlif hərbi, milli mərasimlərdə görüntülənib. Onun yaşı rəsmən deyilməsə də, NİS-in məlumatlarına görə, 2013-cü ildə əvvəllərində doğulduğu iddia edilir. 2022-ci ilə aid bəzi əvvəlki hesablamalara görə, Kim Çju E-nin doğum tarixi Şimali Koreyanın qurucusu Kim İr Senin 100 illik yubileyi ilə üst-üstə düşərək 2012-ci il ətrafında olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar