Ru
13:59 / 18 Sentyabr 2025

Sinif yoldaşını öldürən yeniyetməyə ağır cəza verildi

Sinif yoldaşını öldürən yeniyetməyə ağır cəza verildi
Eye

Şəmkir rayonun Mahmudlu kəndində İ.Abdullayevin qətlində təqsirli bilinən A.Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakupost.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib. A.Abbasov cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.

Xatırladaq hadisə ötən ilin oktyabr ayında baş verib.

İttihama görə, A.Abbasov və İ.Abdullayev arasında bir-birilərinə qarşı nalayiq ifadələr işlətdiklərinə görə münaqişə yaranıb. Bu zaman A. Abbasov İ.Abdullayevə bıçaqla xəsarət yetirib. Bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alan İ. Abdullayev ölüb.

A.Abbasov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar