Ru
13:47 / 18 Sentyabr 2025

Trampın qızıl heykəli qoyuldu - FOTO

Trampın qızıl heykəli qoyuldu - FOTO
Eye

Vaşinqtonda Kapitolinin yaxınlığında ABŞ prezidenti Donald Trampın əlində "Bitkoin" tutan qızıl heykəl qoyulub.

Bakupost.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu, Federal Ehtiyat Sisteminin (FED) bu il uçot dərəcəsini 4,3%-dən 4,1%-ə endirmək barədə ilk qərarı ilə əlaqədar edilib. Nəşr xatırladıb ki, ötən il mərkəzi bank məşğulluq artımının yavaşlamasından və işsizliyin artmasından ehtiyat edərək uçot dərəcəsini üç dəfə aşağı salıb.

12 fut hündürlüyündə olan heykəl kriptovalyuta investorlarından ibarət kollektiv tərəfindən maliyyələşdirilib. Təşkilatçılar bildiriblər ki, quraşdırma rəqəmsal valyutanın gələcəyi, pul siyasəti və federal hökumətin maliyyə bazarlarında rolu ilə bağlı müzakirələrə səbəb olmaqdır.

Kripto İnvestorlar Kollektivinin nümayəndəsi Hişam Zaqdoudi deyib: "Quraşdırma hökumət tərəfindən buraxılan valyutanın gələcəyi ilə bağlı müzakirələri qızışdırmaq üçün nəzərdə tutulub və müasir siyasətlə maliyyə innovasiyalarının kəsişməsinin simvoludur. Federal Ehtiyat Sistemi iqtisadi siyasəti formalaşdırarkən, biz ümid edirik ki, heykəl kriptovalyutanın artan təsirini əks etdirəcək".

Trampın qızıl heykəli qoyuldu - FOTO
Trampın qızıl heykəli qoyuldu - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar