Ru
14:08 / 18 Sentyabr 2025

Solovyov Rusiyanın məxfi bazasını üzə çıxardı - FOTO

Solovyov Rusiyanın məxfi bazasını üzə çıxardı - FOTO
Eye

Rusiya Silahlı Qüvvələrinin Qabaqcıl Pilotsuz Texnologiyalar üzrə elit “Rubikon” Mərkəzinin tam məxfi bazası Kremlin təbliğatçısı Vladimir Solovyovun komandası tərəfindən yayımlanan videogörüntülər sayəsində müəyyən edilib.

Bakupost.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” məlumat yayıb.

“Rusiya Müdafiə Nazirliyi və Solovyov tərəfindən yayımlanan görüntülərdə mütəxəssislər fərqli interyer detallarına diqqət yetiriblər: tualetlərin üzərindəki lövhələr, sütun üzlükləri, afişa stendləri və PUA-lar üçün şişirdilmiş təlim maneələri. Bu elementlər mərkəzin yerləşdiyi “Patriot” hərbi parkının fotoşəkilləri və təqdimat materialları ilə uyğun gəlib”, - məlumatda qeyd olunub.

Bildirilib ki, mərkəz parkın cənub hissəsində D zalı və C zalının bir hissəsini tutur. Solovyovun yaydığı görüntülərdə baggilər və PUA operatorları üçün avtomobillər göstərilib.

Solovyov Rusiyanın məxfi bazasını üzə çıxardı - FOTO
Solovyov Rusiyanın məxfi bazasını üzə çıxardı - FOTO
Solovyov Rusiyanın məxfi bazasını üzə çıxardı - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar