Dünən Parisdə növbəti dəfə yığışan “siyasi impotentlər” qəhrəman Ukrayna xalqı üçün vuruşmaqdan yenə də imtina etdilər, yəni Şimali Koreya qədər ola bilmədilər – Ş.Koreya Rusiya üçün vuruşmağa rəsmi əsgər göndərdi, öldü-öldürdü. Avropa isə bunu bacarmadı, istəmədi, çəkindi, qorxdu – Putin də bunları görür, iştahı daha da şişir, Ukrayna xalqına, dövlətinə qarşı beynəlxalq cinayətlərini, işğalı davam etdirir.
Bakupost.az xəbər verir ki, bu sözləri ReAL sədri Natiq Cəfərli qeyd edib.
“Avropada 2-3 dövlət çıxıb, "biz Ukayna dövləti ilə, beynəlxalq hüquqa uyğun, Rusiyanın Şimali Koreya ilə bağladığı müqavilə kimi hərbi ittifaq bağlayırıq, ora 200 min qoşun göndəririk", desəydi, dediyini edə bilsəydi, müharibə çoxdan bitmişdi”, - o bildirib.
Biz-kiçik yavru kimi respublika qloBaşlaşan, beynəlxalq siasəti heç cür mülahizə belə etməsək daha faydalı-səmərəli olmazmı? İlkin şərhi mən, mülayim-sakit diplomat prinsipi-şərti kimi anladım. Qızğın siyasi müzakirə və təhlil cəhdləri təbiətən, mütləq qaydada yaxın tarixə cavabsız suallarla, digər-NAmünasib əks reaksiyalarla yenidən lüzumsuz mübahisələrə rəvac-start verəcək?
Belə ki, görürəm, artıq biz dünyanı idarə edən bir hala gəlmişik. Hamıya ağıl veririk. Trampı gah qəhraman elan edib, Osakara namizəd göstəririk. Gah dünya lideri adlandırırıq, gah da Ttamp qorxadı, Putinə söz keçirə bilmir. Hətda ən aşağılayıcı sözlərlə belə təhqir edirik. İndi də Avropalılara ağıl verməyə başlayırıq. Güya onlar heç nə fikirləşmirlə hətda Şimali Koreyya qədər olmadılar. Bax beləcə düşüncəsiz, gic-gicinə fikirlər paylaşmaqla bəziləri kəndini ağıllı zenn edir. Ayıbdır, kəndinizə gəlin və kimlər haqqında nə qonuşduğunuzun , nə yazdığımnızın farkına varın.