Ru
15:25 / 23 İyun 2020

Soğanın gözəlliyə faydası

Soğanın gözəlliyə faydası
Eye

Soğan virus əleyhinə ən yaxşı tərəvəzlərdən biri hesab edilir. Bu məhsul yeməklərimizə. salatlarımıza dad verməklə yanaşı, həm də bizi bir çox mövsümü xəstəliklərdən də qoruyur.

Bu məhsulun kosmetik faydaları da az deyil. Soğanın tərkibində yüksək C vitamini və flavonoid adlandırılan antioksidant var. Bu sayədə hüceyrələri qoruyur, sərbəst radikallarla mübarizə aparır.

Aparılan araşdırmalara görə, soğan dəridəki yara izlərinin tez zamanda yox olmasına kömək edir. Soğan esktratratının gelindən hazırlanan kremlərin faydasını 4 həftə ərzində görmək mümkündür.

Bundan başqa soğan saçların sağlam uzanmasına da kömək edir. Tərkibində soğan olan maskalar saç hüceyrələrini canlandırır. qan dövranını sürətləndirir.

Ancaq bu saç dəriniz üçün zərərli təsirlər də göstərə bilər. Bunun üçün həddini aşmamaq və dermatoloqla məsləhətləşmək tövsiyyə edilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar