Türkiyədə "Narkotik maddə istifadəsinə təhrik etmək" ittihamı ilə saxlanılan 19 məşhur sənətçinin hamısı sərbəst buraxılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edək ki, bu gün türkiyəli müğənnilər İrəm Derici, Hadisə, Simge Sağın, Ziynət Sali, aktrisalar - Özge Özpirinçci, Berrak Tüzünataç, Demet Evqar, Ceren Moray Orcan, Zeynəb Meriç Aral Kəskin, Birce Akalay, aktyorlar - Kaan Yıldırım, Mərd Yazıcıoğlu, Kubilay Aka, Mətin Akdülgər, məşhur fenomenlər - Dilan Polad, Engin Polad, Duyğu Özaslan Mutaf, tanınmış vəkil Feyza Altun, eyni zamanda tanınmış aparıcı Dəfnə Samyelinin qızları - Deren və Derin Talu narkotikdən istifadəni təşviq etmək ittihamı ilə aparılan istintaq çərçivəsində saxlanılmışdılar.