Ru
08:19 / 17 Dekabr 2025

Sumqayıtda 16 yaşlı gənc bıçaqlandı - Həmyaşıdı şübhəli bilinir

Sumqayıtda 16 yaşlı gənc bıçaqlandı - Həmyaşıdı şübhəli bilinir
Eye

Sumqayıtda 16 yaşlı gənc bıçaqlanıb.

Bakupost.az Report-a istinadən xəbər verir ki, hadisə 16-cı mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Şahmuradov Tunar Rəşad oğlu münaqişə zəminində bıçaq xəsarətləri alıb.

Polis əməkdaşları tərəfindən zərərçəkənin qonşusu, 2009-cu il təvəllüdlü Adıgözəlli Nicat Teymur oğlu şübhəli şəxs qismində saxlanılıb.


Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, saat 17:30 radələrindəTəcili Tibbi Yardım Xəstəxanasına 2009-cu il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub. Yuxarı ətraf qurşağının açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar