Ru
09:05 / 11 Fevral 2026

Sumqayıtda yol qəzası - 38 yaşlı qadın öldü

Sumqayıtda yol qəzası - 38 yaşlı qadın öldü
Eye

Bakı-Quba avtomobil yolunun Sumqayıt ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bakupost.az Report-a istinadla xəbər verir ki, “Volkswagen” markalı avtomobil yolu keçən 38 yaşlı Xədicə Kərimovanı vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb. Qeyd edək ki, hadisə zamanı minik avtomobili aşıb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar