Ru
10:23 / 11 Fevral 2026

Paşinyan: “Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib”

Paşinyan: “Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib”
Eye

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, erməni biznesi ixrac həyata keçirmək üçün Azərbaycanın dəmir yolundan istifadə edə bilər.

Bakupost.az erməni saytı “Arka”ya istinadən xəbər verir ki, Paşinyanın sözlərinə görə, Azərbaycan erməni biznesinin və təsərrüfat subyektlərinin ixrac məqsədilə Azərbaycan dəmir yolundan istifadə edə biləcəyini təsdiqləyib.

“Düşünürəm ki, bu, çox vacib və müəyyən mənada tarixi bir faktın qeydə alınmasıdır. Çünki 1990-cı illərdən ötən ilin sonuna qədər bu, Azərbaycanın ərazisi vasitəsilə qatarın Ermənistan Respublikasının ərazisinə daxil olduğu ilk hal idi. Hazırda – Gürcüstan ərazisi vasitəsilə, gələcəkdə isə dəmir yolu layihələri reallaşdırıldıqdan sonra avtomobil yolları da açılacaq”, – deyə Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın ərazisi vasitəsilə Ermənistan istiqamətində dəmir yolu əlaqəsi maneəsiz fəaliyyət göstərir.

Baş nazir vurğulayıb ki, Ermənistanın xarici aləmlə Azərbaycan ərazisi üzərindən dəmir yolu əlaqəsinin də açıq olduğunu “çox vacib şəkildə qeydə almaq lazımdır”.

“Belə bir hissim var ki, bizim biznes bu xəbəri hələ tam dərk etməyib. Mənim fikrimcə, təsərrüfat subyektlərimiz artıq ixrac barədə düşünməlidirlər”, – deyə Paşinyan qeyd edib.

O əlavə edib ki, yaxın vaxtlarda əlavə inkişaflar gözlənilir və hazırda detallarla bağlı iş aparılır.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar