Ru
13:45 / 01 Dekabr 2025

Suriyada Əsəd dövrünə aid gizli zindan aşkarlandı – VİDEO

Suriyada Əsəd dövrünə aid gizli zindan aşkarlandı – VİDEO
Eye

Suriyanın Höms əyalətində yerləşən Əl-Məxrəm bölgəsində Bəşər Əsəd rejiminə aid gizli yeraltı zindan aşkarlanıb.

Bakupost.az SANA-ya istinadən xəbər verir ki, həbsxana təxminən on gün əvvəl polis patrulu zamanı tapılıb. Dəmir qapılarla qorunan zindanda işgəncə alətləri – o cümlədən dəyənəklər və kəndirlərə rast gəlinib.

Ərazidə Əsəd rejimini dəstəkləyən yaraqlılara aid kitab və broşürlər, eləcə də İranın ali rəhbəri Əli Xameneyinin şəkli olan nəşrlərə də rast gəlinib. Beş metr dərinlikdə yerləşən zindandakı kameralar 40 metr uzunluğundakı tunellə bir-biri ilə bağlanıb.



Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar