Ru
09:00 / 07 May 2026

“Azərsun Holdinq” “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində iştirak edir

“Azərsun Holdinq” “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində iştirak edir
Eye

Ölkənin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” Bakı Ekspo Mərkəzində təşkil edilən ənənəvi qida sənayesi və kənd təsərrüfatı sərgilərində iştirak edir.


Bakupost.az xəbər verir ki, sərgidə 3 fərqli istiqamət üzrə çıxış edən “Azərsun Holdinq” qida və qeyri-qida sahələri ilə yanaşı kənd təsərrüfatı istiqamətində də məhsullarını təqdim edir. Şirkətin müxtəlif müəssisələrində istehsal olunan onlarla məhsul “Made in Azerbaijan” brendi altında dünyanın 40-dan çox ölkəsinə ixrac olunur.

Bununla bərabər, şirkətlər qrupuna məxsus AKKİK stendində ziyarətçilərə kağızın təkrar emalı nəticəsində istehsal edilən karton məhsulları nümayiş etdirilir.

Qeyd edək ki, sərginin ilk günündə ölkə başçısı cənab İlham Əliyev “Azərsun Holdinq”in kənd təsərrüfatı stendini ziyarət edib. Onu şirkətin Müşahidə Şurasının sədri Tahir Gözel qarşılayaraq son bir il ərzində görülən işlər barədə məlumat verib.

Şərhlər
  • Nüşabə Mahmudova Cahangir qızı

    Allah uzun ömürlır versin, Tahir bəyə.Təbii yeni rəhbərin yenidə kadrları öz ətrafı olmalıdır, Köhnə "qurdlar" rədd edilməsə, onlar yeni rəhbəri məhv edəcəklər.Köhnə kadtların hamısı, yenilənməlidir, uğurlar Tahir bəyə????

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar