Ru
20:19 / 23 İyun 2026

Azərbaycanla sərhəd bu tarixədək açıla bilər - Ermənistan XİN rəsmisi bəyan etdi

Azərbaycanla sərhəd bu tarixədək açıla bilər -  Ermənistan XİN rəsmisi bəyan etdi
Eye

Ermənistan 2030-cu ilə qədər Türkiyə və Azərbaycanla sərhədlərin və nəqliyyat kommunikasiyalarının açılacağına ümid edir, bu isə Cənubi Qafqazı Avropa və Mərkəzi Asiya arasında əsas əlaqələndirici həlqəyə çevirməyə imkan verəcək.


Bakupost.az-ın Report-a istinadən məlumatına görə, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.

Onun sözlərinə görə, kommunikasiyaların açılması daha da tez baş verə bilər, çünki İrəvan regional nəqliyyat layihələri üzərində işi davam etdirir və qonşu ölkələr tərəfindən daha çox şəffaflıq əlamətləri müşahidə edir.

"Bizim baxışımız bundan ibarətdir ki, 2030-cu ilə qədər təəssüf ki, sərhədlərin indiyədək bağlı olduğu iki qonşumuzla - Türkiyə və Azərbaycanla açıq kommunikasiyalarımız və açıq sərhədlərimiz olacaq", - Kostanyan bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar