Ru
11:06 / 02 İyun 2026

Tanınmış müğənni musiqi karyerasına Bakıda son qoydu - VİDEO

Tanınmış müğənni musiqi karyerasına Bakıda son qoydu - VİDEO
Eye

Anıl Emre Daldal musiqi karyerasına Bakıda son qoydu: "Bu sektor üçün kifayət qədər pis deyiləm"

Bakupost.az xəbər verir ki, "M.", "Sor Bakalım İyi Miyim?" kimi populyar hitləri ilə milyonlarla gəncin kumirinə çevrilən türkiyəli müğənni və bəstəkar Anıl Emre Daldal musiqi dünyasından tamamilə uzaqlaşdığını elan edib.

Maraqlıdır ki, gənc ifaçı böyük səhnə ilə vidalaşmaq üçün məhz Bakını seçib.

Sənətçi pərəstişkarlarını şoka salan bu qərarının səbəbini musiqi sektorunda qarşılaşdığı haqsızlıqlar, dələduzluqlar və xəyanətlərlə izah edib:

"Bu sektorun içindəki pis qəlbli insanlarla baş edəcək qədər pis bir qəlbim yoxdur. Adımı ləkələməyə çalışdılar, aldadıldım. Mən sadəcə mahnı yazmaq istəyən bir gənc idim, amma icazə vermədilər".

Məşhur ifaçı karyerasının sonuncu konsertini mayın 31-də Bakıda, "Hayal Kahvesi" səhnəsində gerçəkləşdirib. Ən sevilən mahnılarını son dəfə azərbaycanlı dinləyiciləri üçün səsləndirən Anıl Emre Daldalın vida gecəsi olduqca duyğusal və unudulmaz anlarla yadda qalıb.

Günel, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar