Ru
15:36 / 19 Sentyabr 2020

“Tarqovı”da çoxmərtəbəli binanın damı uçdu - VİDEO

3610
Bakının “Tarqovaya” adlanan ərazisində 10 mərtəbəli binanın damının bir hissəsi dağılıb.

Bununla bağlı bina sakinləri oxu.az-a görüntülər və məlumat göndərib.

Bildirilib ki, damın bir hissəsinin uçması nəticəsində bir neçə mənzilə ziyan dəyib:

“Mərtəbələr arası döşəmə və örtüklər taxdadandır. İndi havanın rəhminə qalmışıq. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə yazılı müraciət etmişik. Konkret cavab ala bilməmişik”.

Sakinlər qarşıdan payız mövsümünün gəldiyini və yağışların yağacağını, nəticədə digər mənzillərə də ziyan dəyəcəyini bildiriblər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər