Tiflisdə Gürcüstan parlamentinin binası yaxınlığında etiraz aksiyası keçirilir.
Bakupost.az xəbər verir ki, polisin qanuni tələblərinə məhəl qoymayan 23 etirazçı inzibati qaydada saxlanılıb.
Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, aksiya iştirakçıları polisin Rustaveli prospektində avtomobillərin hərəkətinə mane olmamaqla bağlı çağırışlarına əməl etməyiblər.
DİN aksiya iştirakçılarını etirazlarını qanunla müəyyən edilmiş çərçivələr daxilində ifadə etməyə çağırıb.
Hazırda Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb. Etirazçılar aksiyalarını avtomobil yolunda oturaraq davam etdirirlər.
Qeyd edək ki, Tbilisinin mərkəzində etiraz aksiyası səhər saatlarından davam edir. Aksiya Gürcüstan parlamentinin plenar iclasına paralel olaraq təşkil olunub. İclasda Vahid Milli Hərəkat Partiyasının hakimiyyəti dövründə törədilmiş cinayətləri araşdırmış müvəqqəti komissiyanın hesabatı dinlənilib.