Ru
19:20 / 11 Noyabr 2025

TBMM-dən qəzaya uğrayan təyyarə ilə bağlı açıqlama

TBMM-dən qəzaya uğrayan təyyarə ilə bağlı açıqlama
Eye

Türkiyəyə məxsus hərbi yük təyyarəsinin qəzaya uğradığı yerdəki axtarış-xilasetmə işlərini yaxından izləyirik.

Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş X sosial şəbəkə hesabında paylaşım edib.

"Azərbaycandan ölkəmizə qayıdan, Milli Müdafiə Nazirliyimizə aid hərbi yük təyyarəmizin Gürcüstanda qəzaya uğradığı xəbərini böyük bir kədərlə öyrəndim. Hadisə yerində davam edən axtarış-xilasetmə işlərini yaxından izləyirik. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirəm. Əziz millətimizin başı sağ olsun", - paylaşımda qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar