Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin səhhəti stabil olaraq qalır.
Bakupost.az xəbər verir ki, bu barədə Teleqraf-a onun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.
Səbuhi Vaqifoğlu qeyd edib ki, atasının müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam edir.
Vaqif Vəliyev sentyabrın 26-da ağır sepsis, septik şok, ağciyərlərin hər ikisində pnevmoniya diaqnozu ilə xəstəxanaya daxil olub.
Sentyabrın 29-da süni tənəffüs aparatına qoşulub, oktyabrın 7-də aparatdan ayrılıb.