TƏBİB-də kadr dəyişiklikləri davam edir.
Bakupost.az-ın əldə etdiyi məlumata görə, TƏBİB-in yeni rəhbərliyi qurumun mərkəzi aparatında çalışan daha 11 əməkdaşla yollarını ayırıb.
İşdən çıxarılanlar arasında 4 departament rəhbəri – İnsan resursları departamentinin rəhbəri Emin Xasıyev, İnzibati idarəetmə departamentinin rəhbəri Vasif Səfərov, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fidan Mahmudova və İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı da var.
Bununla yanaşı, İnsan resursları, İctimaiyyətlə əlaqələr və kommunikasiya, İxtisaslı tibbi xidmətin təşkili, Strateji inkişaf, eləcə də Daxili nəzarət və monitorinq departamentlərinin şöbə müdirləri və məsləhətçiləri də vəzifələrindən azad ediliblər.
Eyni zamanda, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin edilib. Bu vəzifə Zara İbrahimzadəyə
həvalə olunub.
Qeyd edək ki, son aylarda TƏBİB-də genişmiqyaslı kadr islahatları həyata keçirilir. İcraçı direktor Anar Bayramovun rəhbərliyə gəlməsindən sonra əvvəlcə bir sıra müşavirlərlə yollar ayrılıb, daha sonra isə tabeli tibb müəssisələrinin rəhbərləri və mərkəzi aparatın əməkdaşları ilə bağlı ardıcıl qərarlar qəbul olunub.
Elnur, BakuPost
İmişliyə nə vaxt gelire bu Allah saxlamış?..
Emin Xasıyev rüşvətxorun lap yekəsi idi. Onu nəinki işdən azad etmək , onu əmlakı müsadirə olunmaqla cinayət məsuliyyətinə cəlb etmək lazımdır.
Allah sizdən razı olsun Anar müəllim. Bir zamanlar siz işsiz qpyduqlarınız bizləri, ailə nümayandələrimizi işsiz qoydular. Göz qırpımında insanların haqqına girib işdən çıxardılar. Allah sizə ömür versin və siyahıda bir coxlarını görmək istəyirik
Çox onun vecinedi
Anar müəllim bir çox insanı işsiz qoyub və davam edir. Bəs bu işsiz qalanlar necə olacaq . Birdən birə bu qədər insanın işdən azad olmasının işsiz qalnasının fəsadları nə olacaq