İki gün öncə Güney Azərbaycan Milli Hərəkatının fəalları axşam saatlarında Təbrizdə milli tələbləri ilə bağlı divarlara etiraz vərəqələri yapışdırıblar.
Bakupost.az Güney Azərbaycan Teleqram kanallarına istinadən xəbər verir ki, vərəqələrdə yer alan əsas həştəqlər “öz müqəddəratını təyinetmə haqqı”, “milli hərəkatın müstəqilliyi” və “hər cür hakimiyyət basqısı rədd edilir” kimi mövzular əsasında hazırlanıb.
Təbrizin divarlarında “Azərbaycan milləti qərar verir”, “Vətənə xəyanətə yox”, “Azərbaycan öz yolunu gedir”, “Azərbaycan Milli Hərəkatı ticarət mövzusu deyil”, “Kürd terrorçuluğuna yox”, “Mərkəzçiliyə yox”, “Təhlükəsizlik tədbirlərinə yox”, “Azərbaycan satlıq deyil”, – kimi şüarlara da rast gəlinib.
Güney Azərbaycanın mərkəzi şəhərinin küçələrində, piyada keçidlərində və müxtəlif ictimai məkanlarda vurulan bu vərəqələr şəhər sakinlərinin diqqətini cəlb edib.