Təbrizdə Sosial Rifah İdarəsinin əməkdaşlarının tətili iki gündür ki, davam edir.
Bakupost.az Güney Azərbacyan Teleqram kanallarına istinadən xəbər verir ki, maaşlarının azlığından şikayət edən etirazçılar gecikmiş əlavələrin ödənilməsini və digər tələblərinin yerinə yetirilməsini tələb edirlər.
İşçilərin sözlərinə görə, idarənin ölkə üzrə rəhbərliyi və nazir müavininin maaş artımı, ödəmə islahatı ilə bağlı vədləri hələ də yerinə yetirilməyib.
Etiraza qatılanlardan biri deyib ki, “iş yükü və məsuliyyət çoxdur, amma maaşlar 13 milyon tüməndir (232 manat). Aramızda 8 milyon (təxminən 143 manat) alanlar da var. Bugünkü iqtisadi vəziyyətdə bu əməkhaqqı ilə yaşamaq mümkün deyil”.
Etirazçılar vəd edilən maaş artımlarının həyata keçirilməsini, əlavələrin ödənilməsini və ədalətli əməkhaqqı sisteminin tətbiqini tələb edirlər. Onlar bildiriblər ki, tələbləri yerinə yetirilməyənədək etirazı davam etdirəcəklər.
Cavid, BakuPost