Ru
19:30 / 05 Yanvar 2026

Tədris mərkəzindən oğurluq edildi

Tədris mərkəzindən oğurluq edildi
Eye

Nəsimi rayonunda talama cinayəti baş verib.

Bu barədə Bakupost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, rayon ərazisindəki tədris mərkəzlərinin birindən 4000 manatlıq nağd pul və elektron avadanlıqlar oğurlanıb.

Nəsimi RPİ 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Ə.Əliyev müəyyən olunaraq saxlanılıb.

Nizami rayonunda yerləşən avtoservislərin birindən isə 500 manat və 1000 manat dəyərində noutbuk oğurlayan əvvəllər də məhkum olunmuş 43 yaşlı A.Tağıyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar