Türkiyədə son iki həftə ərzində narkotik ticarətinə qarşı genişmiqyaslı əməliyyatlar həyata keçirilib. Əməliyyatlar ölkənin 63 vilayətini əhatə edib.
Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, prokurorluq və polis orqanlarının keçirdiyi birgə əməliyyatlara ümumilikdə 14 min 924 təhlükəsizlik əməkdaşı cəlb olunub.
Əməliyyatlar zamanı 1 343 kiloqram narkotik maddə, həmçinin 178 615 ədəd narkotik tərkibli həb müsadirə edilib. Tədbirlər çərçivəsində 424 şübhəli saxlanılıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya əməliyyatların nəticələri ilə bağlı açıqlama verib. Nazir bildirib ki, saxlanılan şəxslərdən 162-si barəsində həbs qətimkan tədbiri seçilib, 70 nəfər haqqında isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Digər şübhəlilərlə bağlı hüquqi prosedurlar davam edir.
Ali Yerlikaya qeyd edib ki, əməliyyatlar narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasına və cəmiyyətin sağlamlığının qorunmasına yönəlib.
Cavid, BakuPost