17:42 / 09 Sentyabr 2020

Təhsil Nazirliyinin qarşısındakı çökmüş yol bərpa edildi

1392

Bu gün sosial şəbəkələrdə Bakının Xətai prospekti, 39 ünvanında yolun kənarında asfalt örtükdə çökmənin baş verməsi ilə bağlı məlumat yayılıb.

"BakuPost" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, dərhal bu barədə aidiyyəti şöbəyə məlumat verilib və sözügedən ünvana məsələnin araşdırılması üçün əməkdaşlar cəlb edilib.

Qeyd edilən ərazidə səki ilə hərəkət hissə arasında kommunikasiya xəttinə aid quyu var və quyunun baxış qapağı oturan beton hissəsi dağılıb. Nəticədə kiçik bir ərazidə asfalt örtüyün çökməsi qeydə alınıb. Qurum kommunikasiya xətlərinə cavabdehlik daşımasa da, vətəndaşların təhlükəsizliyi üçün problem qısa müddətə aradan qaldırılıb.
Təhsil Nazirliyinin qarşısındakı çökmüş yol bərpa edildi
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər