Ru
18:14 / 04 Aprel 2020

Təhsil Nazirliyinin yeni “Qaynar xətt”i fəaliyyətə başlayacaq

Təhsil Nazirliyinin yeni   “Qaynar xətt”i fəaliyyətə başlayacaq
Eye

Aprelin 6-da Təhsil Nazirliyinin yeni “146-3” “Qaynar xətt” xidməti fəaliyyətə başlayacaq.

Nazirlikdən verilən məlumata görə, ölkədə yeni koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən “Qaynar xətt” xidməti ilə əlaqə yarada bilərlər.


Əlaqə yaradan hər bir vətəndaşa məktəb psixoloqları tərəfindən telefon vasitəsilə psixoloji konsultasiya təşkil ediləcək, lazımi dəstəklə təmin olunacaqlar.

“146-3” “Qaynar xətt” xidməti həftə içi hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar