Rusiya Ukraynanın hücumlarına cavab olaraq orta mənzilli “Oreşnik” ballistik raketindən istifadə edə bilər, lakin bunu gözlənilmədən və strateji əhəmiyyətli məqamda edəcək.
Bakupost.az xəbər verir ki, bu barədə NEWS.ru-ya hərbi ekspert Vasili Dandıkin bildirib.
Onun sözlərinə görə, zərbə qisas məqsədi ilə deyil, planlaşdırılmış hərbi əməliyyat çərçivəsində həyata keçiriləcək.
Nəşr qeyd edir ki, Rusiya həqiqətən də “Oreşnik”dən istifadə edərsə, bu, Ukrayna üçün sürpriz olacaq və Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətini xeyli sarsıdacaq.
Lalə,
BakuPost