Ru
16:56 / 08 Sentyabr 2025

Tələbələr kirayə mənzil tapa bilmir - Qiymətlər 10-12% yüksəlib

Tələbələr kirayə mənzil tapa bilmir - Qiymətlər 10-12% yüksəlib
Eye

"Avqustun ikinci yarısı və sentyabrın əvvəllərində kirayə bazarında qıtlıq və qiymət artımı müşahidə edirik. Qiymətlər keçən ilə nisbətən 10-12% yüksəlib. Tələbələr mənzil tapmaqda çətinlik çəkirlər. Bundan çıxış yolu kimi bir neçə tələbənin birləşib bir evi kirayə götürməsi variantı indi daha çox aktuallaşıb".

Bakupost.az xəbər verir ki, bu barədə Teleqraf-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc deyib.

O qeyd edib ki, tələbələrin təkbaşına kirayə mənzil götürməsi onların ailə büdcəsi ilə uyğunluq təşkil etmir:

“Bilirsiniz ki, hər il 50 mindən çox abituriyent tələb adı qazanır və onların əksəriyyəti məhz Bakı şəhərində yerləşən müəssisələrdə təhsil alırlar. Bu avqust ayı və xüsusilə də bu ayın ikinci yarısında daşınmaz əmlak bazarının kirayə seqmentinə öz təsirini göstərir. Biz hər il bahalaşmanın şahidi oluruq”.

Ekspertin sözlərinə görə, sentyabrın sonlarına doğru bu vəziyyət aradan qalxacaq:

“Mənzillərin kirayə qiymətlərinin bahalaşmasına təkcə təhsil mövsümü təsir göstərmir. Eyni zamanda hazırda daşınma əmlakın ümumi qiyməti də yüksəlir. Hər ay 1-2% səviyyəsində artım müşahidə edirik və bahalaşmanın illik təqribən 20% olacağını proqnozlaşdırmışıq".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar