“Təyyarənin hansı səbəbdən qəzaya uğradığını yəqin ki, araşdırma nəticəsində müəyyənləşdirmək mümkün olacaq. Bu baxımdan "qara qutu"nun tapılması olduqca önəmlidir".
Bunu
Bakupost.az -a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli bildirib.
O qeyd edib ki, "qara qutu" ciddi şəkildə apaşdırılır:
"Bəzi ehtimallarda təyyarənin qəzaya uğraması onun istismar müddətinin kifayət qədər uzun olması ilə əlaqələndirilir. Bunun nə dərəcədə real olub-olmadığı araşdırmanın nəticəsində məlum olacaq. Üzücü bir hadisədir və bu kimi halların təkrarlanmaması üçün yəqin ki, həm Türkiyə, həm də Azərbaycan tərəfi məsələnin tam aydınlaşdırması istiqamətində ən ciddi addımları atacaq".
Lalə, BakuPost