Xəbər verdiyimiz kimi, Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında görüş keçirilir.
Bakupost.az xəbər verir ki, liderlər söhbətə AZAL təyyarəsinin vurulmasını müzakirə etməklə başlayıblar.
Rusiya lideri hadisəyə görə üzrxahlığını bildirib və Əliyevi əmin edib ki, AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verəcək.
"Rusiya AZAL-ın təyyarəsinin qəzaya uğraması kimi faciəvi hallarda tələb olunan hər şeyi edəcək" deyə Putin kompensasiya barədə danışarkən bildirib.
Zaur, BakuPost